ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
QATQI SİSTEMLƏRİ BETON YARDIMÇI MƏHSULLARI
BETON QATQILARI
SUVAQ QATQILARI
BETON YARDIMÇI MƏHSULLARI
ÜYÜTMƏYƏ YARDIMÇI MƏHSULLAR
YERALTI İNŞAAT YARDIMÇI MƏHSULLARI

"MA KÜR" 300 HİDROKARBON ƏSASLI, NƏM SAXLAYAN BETON KÜR MƏHSULU

Məhsul haqqında

Hidrokarbon əsaslı olub, yeni tökülmüş beton və Staltop üzərinə püskürtmə üsulu ilə çəkilən, betonu lazımi səviyyədə rütubətli saxlayan, həmçinin reostatik betonun tez qurumasını gecikdirən, betonu büzülmə zamanı əmələ gələ biləcək xırda catlardan qoruyan və hamar görüntünü təmin edən məhsuldur.

İstifadə sahələri

Bu məhsuldan:

  • betonu sulu və nəm saxlamaqla yanaşı daha səmərəli və qənaətcil şəkildə bütün beton səthlərində;
  • hava limanlarında;
  • avtoparklarda;
  • yol və su kanallarının betonlarında istifadə olunur.

Üstünlükləri

  • istənilən hər növ beton sahələrində istifadə olunur;
  • qabarıqsız, məsaməsiz və daha düzgün səth əmələ gətirir;
  • istifadə olunduğu səthlər su keçirmir;
  • hamar və daha müqavimətli olur;
  • sərtləşmə zamanı gözlə görünməyən xırda çatların yaranmasının qarşısını alır;
  • istifadəsi çox sadə və asandır;
  • işçi xərcləri azaltmaqla iqtisadi səmərəliliyi artırır.

İstifadə qaydaları

Səthin hazırlanması.MA Kür 300 məhsulundan istifadə etməzdən əvvəl səth mütləq təmizlənməlidir.

Tətbiqi.MA Kür 300 məhsulunu yeni tökülmüş beton üzərinə mümkün qədər eyni qalınlıqda püskürdün və ya vərdənədən istifadə etməklə səthə çəkin. MA Kür 300 məhsulunu qəlib betonların üzərinə beton parlaqlığını itirdikdən sonra (qəlibdən çıxan kimi) püskürdün.

Tövsiyələr.MA Kür 300 istifadə olunan mühitin temperaturu +50C- dən aşağı və +300C dən yuxarıdırsa lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadədən sonra bütün ləvazımatlar su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi

yağ sarısı

Son nəticədə təbəqənin gornüşü

şəffaf, hamar,sukeçirməyən təbəqə

Istifadə temperaturu

+50C - + 300C

Quruma müddəti

45 dəqiqə

Sıxlığı

0,92 kq /litr

Qablaşdırma

1, 4, 10, 20 litirlik bidonlarda və 200 litrlik çəlləklərdə

Sərfiyyat

1 m2 səthə 170 qram MA Kür 300 kifayət edir.

Saxlama müddəti və qaydası

Açılmamış qablarda quru şəraitdə 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • məhsulun tərkibində kimyəvi qarışığın olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • istifadə qaydalarında qeyd olunmayan heç bir əlavə maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




"MA KÜR" 100 PARAFİN ƏSASLI, NƏM SAXLAYAN BETON KÜR MƏHSULU

"MA KÜR" 200 STİROL-QATRANI ƏSASLI, NƏM SAXLAYAN BETON KÜR MƏHSULU

"MA OİL" 100 İSTİFADƏYƏ HAZIR QƏLİB YAĞI

"MA OİL 200" SU İLƏ QATILA BİLƏN QƏLİB YAĞI