ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
QATQI SİSTEMLƏRİ SUVAQ QATQILARI
BETON QATQILARI
SUVAQ QATQILARI
BETON YARDIMÇI MƏHSULLARI
ÜYÜTMƏYƏ YARDIMÇI MƏHSULLAR
YERALTI İNŞAAT YARDIMÇI MƏHSULLARI

"İzoSem" SUKEÇİRMƏZLİYİ TƏMİN EDƏN QATQI

Məhsul haqqında

İzoSem sement əsaslı suvaq, şap və beton işlərində istifadə olunan, yüksək keyfiyyətli, sukeçirməz səth yaradan, ağ rəngli toz şəkilli qatqı məhsuludur.

İstifadə sahələri

Bu məhsuldan:

  • suya və rütubətə məruz qalan inşaat sektorunun müxtəlif sahələrində suvaq və şap işlərində;
  • hamam, mətbəx və balkon kimi daima su ilə təmasda olan səthlərdəki keramikaların altındakı suvaq və şap işlərində;
  • yağış və çirkab sularla təmasda olan fasad suvaqlarında;
  • içməli su anbarlarında;
  • üzmə hovuzlarında;
  • zirzəmi, tunel, bünövrə və digər yerlərdə istifadə olunan betonlarda sukeçirməzliyi təmin edən qatqı kimi istifadə olunur.

Üstünlükləri

  • İzoSem məhluldakı sementlə reaksiyaya girərək tərkibindəki hidrofob xarakterli kimyəvi maddələr sayəsində suvaq, şap və betonun tərkibində görünməyən çat və boşluqların əmələ gəlməsinin qarşısını alaraq sukeçirməyən səth yaradır;
  • İzoSem yeni tökülmüş beton və suvaq məhlulunda hava qabarcıqlarını azaldaraq keyfiyyəti və müqaviməti artırır;
  • İzoSem portlandsementin donma müddətlərinə heç bir təsir göstərmir.

İstifadə qaydaları

Qarışığın hazırlanması. Tərkibində hidrofob xarakterli kimyəvi qatqılar oldugu üçün suvaq və ya betonun quru qarışıgı hazırlanarkən hər bir kisə sementə bir paket İzoSem əlavə edərək qarışdırın. Sonra qarışıq suyunu əlavə edin.

Tətbiqi. İzoSem qatılmış suvaq, şap və beton hazırlandıqdan sonra tövsiyə olunan bütün üsullarla istifadə edilə bilər.

Tövsiyələr. İzoSem quru qarışığa əlavə olunandan sonra iki dəfə qarışdırılmalıdır. Sonra su əlavə olunmalıdır. Məhlula qarışıq suyu əlavə olunduqdan sonra İzoSem əlavə edilməməlidir.

Texniki göstəricilər

Rəngi

İstifadə temperaturu

+50C - +300C

Həcm kütləsi

0,4 kq/l

Qablaşdırma

330 qr- lıq laminasiyalı, ağzı açılmamış paketlərdə

Sərfiyyat

300 kq/m3 qarışıqda hər bir kisə 50 kq-lıq portlandsementə bir paket (330 qr) İzoSem əlavə olunmalıdır. Bu halda sərfəli, sukeçirməz və yüksək müqavimətli bir səth əmələ gəlir.

Saxlama müddəti və qaydası

Sərin və quru şəraitdə 2 il saxlanıla bilər.

Xəbərdarlıqlar

  • İzoSem -in tərkibində kimyəvi qatqıların olduğunu nəzərə alaraq, dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • isitifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!