ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
QATQI SİSTEMLƏRİ BETON QATQILARI
BETON QATQILARI
SUVAQ QATQILARI
BETON YARDIMÇI MƏHSULLARI
ÜYÜTMƏYƏ YARDIMÇI MƏHSULLAR
YERALTI İNŞAAT YARDIMÇI MƏHSULLARI

"OKETON" 1250 ANTİFRİZ ŞAXTALI HAVA ŞƏRAİTİNDƏ İSTİFADƏ OLUNAN BETON QATQISI

Məhsul haqqında

OKETON 1250 ANTİFRİZ- polinaftalin sulfonat və nitrat duzu əsaslı, xüsusilə sərtləşmənin başlanğıcında su ilə sement arasındakı reaksiyanı sürətləndirərək betonun sərtləşməsini sürətləndirən və müqavimətinin artmasını təmin edən, soyuq iqlim şərtlərinə uyğun, plastifikatorlu (axıcı) beton qatqısıdır.

AZS 221-2006 (TS EN 934-2) Cədvəl 6: “Sərtləşməni sürətləndirən plastifikatorlu (axıcı) beton qatqısı”

ASTM C 494 Tip C: “Sərtləşməni sürətləndirən beton qatqısı” standartlarına uyğundur.

İstifadə sahələri

Bu beton qatqısı:

  • nasoslu və nasossuz hazır beton istehsalında;
  • soyuq havalarda betonun donvurmanın təsirindən qorunması və ilkin yüksək davamlılıq tələb olunan tökmələrdə;
  • prefabrik və prekast beton istehsalında;
  • armaturlu və armatursuz, az və ya normal ağırlıqda olan hər növ betonun istehsalında istifadə olunur.

Üstünlükləri

  • qatqısız betona nisbətən başlanğıc və son sərtləşmə müddətlərini qısaldır;
  • xüsusilə soyuq havalarda betonun ilkin davamlılıq müddətini uzadaraq donvurmanın təsirindən qoruyur;
  • tərkibində xlor yoxdur.

İstifadə qaydaları

Qarışığın hazırlanması. Mineral yapışdırıcı maddələri (sement, kvars qumu, vulkan külü, şlak) və beton doldurucusunu eynicinsli qarışıq əldə olunana qədər qarışdırın. Suyun 50-70%-i əlavə olunduqdan sonra qalan su ilə birlikdə OKETON 1250 ANTİFRİZ-i qarışığa əlavə edin. OKETON 1250 ANTİFRİZ-in qarışığın təkibində eynicinsli qaydada qarışmasını təmin etmək üçün qarışığı 60 saniyə və ya əvvəlcədən laboratoriya tədqiqatları ilə müəyyən edilmiş vaxt ərzində intensiv şəkildə qarışdırın.

Kimyəvi qatqıların işləmə prinsipi. OKETON 1250 ANTİFRİZ sementlə reaksiyaya girdiyindən qarışığa əlavə olunduğu halda sement dənəcikləri tərəfindən sorulur (absorbsiya olunur). OKETON 1250 ANTİFRİZ sərtləşmənin əvvəlində sementlə su arasındakı reaksiyanı sürətləndirir və hidratlaşma istiliyini artırır. Bunun nəticəsində betonun sərtləşməsi sürətlənir və ilkin davamlılıq artır.

Digər qatqı materialları ilə uyğunlaşması. OKETON 1250 ANTİFRİZ aşağıda göstərilən materiallarla birgə istifadə oluna bilər:

  • bütün sement növləri ilə;
  • yüksək miqdarda yapışdırıcı maddənin istifadə olunmasına ehtiyac yarandığı hallarda kvars qumu, vulkan külü və şlakla;
  • OKETON və FLOTON seriyasından olan əlavələrlə;
  • Donmaya və əriməyə qarşı müqaviməti artırmaq üçün hava cəlbedici AntiAir 250 və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla;
  • plastik sıxılma nəticəsində yaranan çatların qarşısını almaq üçün sintetik və polad liflərlə (fibralarla) birgə;
  • yüksək temperaturun və güclü hava axınının olduğu yerlərdə betonun daxilindəki qarışıq suyunun buxarlanmasının qarşısını almaq və betonun dözümlülüyünü artırmaq üçün MA Kür 100, MA Kür 200 və MA Kür 300 və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli nəm saxlayan kür məhsullarından müvafiq olanı ilə istifadə oluna bilər;

Texniki göstəricilər

Maddənin quruluşu

polinaftalin sulfonat və nitrat əsaslı

Rəngi

qəhvəyi

Sıxlığı

1,13-1,14 kq/ litr

Tərkibindəki xlorun miqdarı (EN 480-10)

<0,1%

Tərkibindəki qələvinin miqdarı (EN 480-12)

<10,0%

Qablaşdırma

10 kq-lıq bidon (kanistr), 200 kq-lıq çəllək,

1000 kq-lıq fıçı, xüsusi çənləri olan maşınlar

+200C temperaturda, 50% rütubətlilik şərtləri altında əldə olunmuşdur.

Sərfiyyat

TSEN 934-2 standartının tələblərinə görə sərtləşmənin sürətlənməsi tələb olunduğu halda OKETON 1250 ANTİFRİZ sement kütləsinin 2,5-5,0 %-i miqdarında əlavə olunması tövsiyə olunur. Betonun növündən və xüsusiyyətindən asılı olaraq qatqının miqdarı əvvəlcədən aparılan laboratoriya tədqiqatları ilə müəyyən olunmalıdır.

Saxlama müddəti və qaydası

Orijinal qablaşdırılmış OKETON 1250 ANTİFRİZ mühit temperaturunun +50C-dən çox olduğu yerlərdə saxlanılmalıdır. Müvafiq şəraitdə saxlanılmayan maddə donduğu təqdirdə birbaşa sudan istifadə edilmədən otaq temperaturunda saxlayaraq maddə əriməli, eynicinsli vəziyyətə çatana qədər mexaniki üsullarla qarışdırılmalıdır. Qarışdırma mərhələsində təzyiqli havadan istifadə olunmamalıdır.

Müvafiq saxlama şərtlərinə uyğun olaraq, istehsal tarixindən etibarən 12 ay saxlanıla bilər. Açılmış qabların qapaqları bağlanaraq saxlama müddəti ərzində istifadə edilə bilər.

Xəbərdarlıqlar

  • məhsuldan istifadə zamanı işin və işçinin təhlükəsizlik qaydalarına riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • məhsulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməməsinə diqqət edin;
  • dəriyə və gözə təmas olarsa, dərhal güclü su şırnağı altında sabunla yuyun;
  • əgər məhsulun udulması halı baş verərsə, dərhal həkimə müraciət edin;
  • məhsulun istifadə edildiyi yerlərə ərzaq məhsulları qoymayın;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • laboratoriya tədqiqatları nəticəsində müəyyən olunmuş mineral yapışdırıcılarla (sement, kvars qumu, vulkan külü, şlak) incə və kobud (qaba) beton doldurucusunu eynicinsli quru bir qarışıq əldə olunana qədər qarışdırın. Quru qarışığa su əlavə olunmadan qatqı əlavə olunduğu halda, qarışığın içində sorulacaq və forma dağılmayacaq. Suyun qalan hissəsi bunun üzərinə əlavə olunsa da, istənilən beton kateqoriyası və onun xüsusiyyətləri əldə olunmayacaqdır. Qarışığa əlavə su tökülməsinə ehiyac yaranacağından betonun tərkibi üçün nəzərdə tutulmuş əmsallardan kənara çıxılacaq və betonun mexaniki xüsusiyyətləri tələb olunan əmsaldan aşağı olacaqdır. Bu səbəbdən də beton əlavələri quru qarışığın üzərinə birbaşa əlavə olunmamalıdır;
  • qarışığın içindəki qatqının miqdarı qarışıqdakı sement və ikinci dərəcəli yapışdırıcıların cəminin (kvars qumu, vulkan külü, şlak) qatqıda istifadə miqdarına vurulması ilə hesablanır;
  • tövsiyə olunan miqdardan daha çox miqdarda məhsuldan istifadə olunduğu halda qarışığın sərtləşmə müddətləri uzana bilər. Belə hallarda dəmir betonun qəlib alma müddəti ərzində nəmli saxlanılıb sərtləşdirilməsi təmin olunmalıdır;
  • betonun temperaturunun +50C-dən aşağıya endiyi hallarda sementin hidratlaşması dayanır və 00C-dən aşağı temperaturda betonun qarışıq suyu donmağa başlayır. Donan su betonun həcmini təxminən 10% artırır. Bunun nəticəsində:
  • sement məcunu və beton doldurucuları arasında möhkəmlik zəyifləyir;
  • betonun davamlılığı azalır;
  • betonda çatlar və səth boşalması meydana gəlir;
  • soyuq iqlimdə istehsal olunan betonlarda aşağıdakı göstəricilər (parametrlər) nəzərə alınmalıdır;
  • beton qarışığında istifadə olunan materialların (sement, ikinci dərəcəli yapışdırıcılar, beton doldurucusu və su) soyuğun təsirinə məruz qalmaması üçün materiallar müvafiq mühit temperaturunda saxlanmalıdır;
  • müvafiq sement tipindən istifadə olunmalıdır;
  • istifadə olunan sementin miqdarı müəyyən olunmalıdır (350-400 kq/m3);
  • sərtləşməni sürətləndirici bir qatqı vasitəsilə beton donvurmanın təsirindən qorunmalı və uyğun bir plastifikator əlavəsindən istifadə etməklə istənilən işlənmə keyfiyyəti təmin edilərək qarışığın suyu azaldılmalıdır;
  • +50C-dən aşağı temperaturda hidratlaşma prossesi dayandığı üçün betonun sərtləşərək lazımi möhkəmliyə və davamlılığa malik olması təmin olunana qədər (orta hesabla 5 mPa) müvafiq sərtləşdirmə metodları vasitəsilə qorunmalıdır;
  • günün ən soyuq saatlarında betonun tökülməsinə xüsusi diqqət yetirməli, qəliblərdə qar və buz olmamalıdır;
  • betonun temperaturunun 10C artırılması üçün beton doldurucusunun temperaturunun 20C, betonun qarışıq suyunun temperaturunun 40C və sementin temperaturunun isə 80C artması tələb olunur.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




"BEMATON" 3055 QƏLİBİN İÇİNDƏ BETONUN ƏLA YAYILMASINI TƏMİN EDƏN BETON QATQISI

"BEMATON" 3060 YÜKSƏK MÜQAVİMƏTLİ BETON İSTEHSALINDA İSTİFADƏ OLUNAN BETON QATQISI

"BEMATON" ZES 3035 SIFIR ENERJİ SİSTEMİ İLƏ İŞLƏYƏN, YÜKSƏK MİQDARDA SUAZALDICI

"FLOTON" 2100 K SOYUQ HAVA ŞƏRAİTİNDƏ İSTİFADƏ OLUNAN BETON QATQISI

"FLOTON" 2105 R İSTİ HAVA ŞƏRAİTİNDƏ İSTİFADƏ OLUNAN BETON QATQISI

"FLOTON" 2118 İSTİ HAVA ŞƏRAİTİNDƏ İSTİFADƏ OLUNAN BETON QATQISI

"FLOTON" 2161 SOYUQ HAVA ŞƏRAİTİNDƏ İSTİFADƏ OLUNAN BETON QATQISI

"FLOTON" 2166 T VAXTINDAN ƏVVƏL QƏLİB ALINMASI LAZIM OLAN YERLƏRDƏ İSTİFADƏ OLUNAN BETON QATQISI

"FLOTON" PS 2025 İSTEHSALIN MƏHSULDARLIĞINI ARTIRAN BETON QATQISI

"FLOTON" MOD N TİKİNTİ YERİNDƏ İSTƏNİLƏN HAVA ŞƏRAİTİNDƏ BETONUN QATILIĞINI

"FLOMEL" S 100 SUPER PLASTİFİKATORLARIN MƏHLUL ŞƏKLİNDƏ DAŞINMASININ ÇƏTİNLİK YARANDIĞI YERLƏRDƏ İSTİFADƏ OLUNAN BETON QATQISI

"OKETON" 1260 CN SOYUQ HAVA ŞƏRAİTİNDƏ İSTİFADƏ OLUNAN BETON QATQISI

"OKETON" MOD 1223 K SOYUQ HAVA ŞƏRAİTİNDƏ İSTİFADƏ OLUNAN BETON QATQISI

"OKETON" MOD 1223 S İSTİ HAVA ŞƏRAİTİNDƏ İSTİFADƏ OLUNAN BETON QATQISI

"AntiAir" 250 BETONA LAZIMI QƏDƏR HAVA CƏLB ETMƏK ÜÇÜN İSTİFADƏ OLUNAN BETON QATQISI