ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
QATQI SİSTEMLƏRİ BETON QATQILARI
BETON QATQILARI
SUVAQ QATQILARI
BETON YARDIMÇI MƏHSULLARI
ÜYÜTMƏYƏ YARDIMÇI MƏHSULLAR
YERALTI İNŞAAT YARDIMÇI MƏHSULLARI

"FLOTON" 2118 İSTİ HAVA ŞƏRAİTİNDƏ İSTİFADƏ OLUNAN BETON QATQISI

Məhsul haqqında

FLOTON 2118 - naftalin sulfonat əsaslı, bərkiməni (sərtləşməni) gecikdirmə xüsusiyyəti olan, betona Reoplastik xüsusiyyət verərək betonun son müddətdə müqavimətlərini artıran, yüksək miqdarda suazaldıcı, super plastifikatorlu (axıcı) beton qatqısıdır.

Uyğunluq kodu: 04.613/1-A3

AZS 221-2006 (TS EN 934-2) Cədvəl 11.1, 11.2: “Sərtləşməni gecikdirici, yüksək miqdarda suazaldıcı, super plastifikatorlu (axıcı) beton qatqısı”

ASTM C 494 Tip G : “Yüksək miqdarda suazaldıcı və gecikdirici beton qatqısı” standartlarına uyğundur.

İstifadə sahələri

.Bu beton qatqısı:

  • nasoslu və nasossuz istifadə üçün nəzərdə tutulan hazır beton istehsalında;
  • betonun nəqliyyatla çatdırılmasına 1 saatdan artıq vaxt lazım olan yerlərdə;
  • betonun 200 metrdən daha uzaq yerlərə nasoslandığı beton tökmələrində və ya yüksək yerlərə tətbiq olunan beton tökmələrində;
  • mühit temperaturunun +400C-dən artıq və rütubətin aşağı olduğu yerlərdəki beton tökmələrində;
  • betonda hidratlaşma istiliyinə nəzarətin tələb olunduğu kritik tökmələrdə (kütlə şəklində beton tökümü kimi);
  • sıx armaturlaşdırılaraq möhkəmləndirlmiş konstruksiyalara asan qaydada yerləşdirilə bilən Reoplastik beton istehsalında istifadə olunur.

Üstünlükləri

  • qatqısız betona nisbətən, su miqdarını ən azı 12% azaldır;
  • qatqısız betona nisbətən, eyni istifadə imkanı ilə daha az su/ sement nisbəti və ya eyni su/sement nisbətində yüksək istifadə keyfiyyətini saxlamaqla asan nasoslanmanı təmin edir;
  • yüksək temperaturun betonun istifadə keyfiyyətinə göstərdiyi mənfi təsirləri minimuma endirir;
  • uzun müddət ərzində betonun Reoplastik xüsusiyyətinin qorunub saxlanılmasını təmin edir;
  • qatqısız betona nisbətən betonun son möhkəmliyini artırır;
  • qatqısız betonla müqayisədə qəlibdən çıxmış betonun səthi daha hamar olur;
  • betonun keçirməzliyini və dayanıqlığını artırır, dartılma və sıxılmanı azaldır və betonun digər mexaniki parametrlərini yaxşılaşdırır;
  • təkibində xlor yoxdur.

İstifadə qaydaları

Qarışığın hazırlanması. Mineral yapışdırıcı maddələri (sement, kvars qumu, vulkan külü, şlak) və beton doldurucusunu eynicinsli qarışıq əldə olunana qədər qarışdırın. Suyun 50-70%-i əlavə olunduqdan sonra qalan su ilə birlikdə FLOTON 2118-i qarışığa əlavə edin. FLOTON 2118-in qarışığın təkibində eynicinsli qaydada qarışmasını təmin etmək üçün qarışığı 60 saniyə və ya əvvəlcədən laboratoriya tədqiqatları ilə müəyyən edilmiş vaxt ərzində intensiv şəkildə qarışdırın.

Kimyəvi qatqıların işləmə prinsipi. Qatqılar əsasən mineral yapışdırıcılarla reaksiyaya girir. Qatqı betona əlavə olunduğu halda yapışdırıcı dənəcikləri tərəfindən sorulur (absorbsiya olunur). Yapışdırıcı dənəciklər elektrostatik qüvvə ilə bir-birini itələyir. Beləliklə, istənilən istifadə imkanı daha az su miqdarı ilə təmin olunur. Qarışıq suyunun azalması ilə mütənasib olaraq betonun mexaniki davamlılığı artır.

Digər qatqı materialları ilə uyğunlaşması. FLOTON 2118 aşağıda göstərilən materiallarla birgə birlikdə istifadə oluna bilər:

bütün sement növləri ilə istifadə oluna bilər.

  • öz-özünə yerləşən betonun alınmasına ehtiyacın yarandığı hallarda mineral yapışdırıcı maddələrlə (kvars qumu, vulkan külü və şlak);
  • donmaya-açılmaya qarşı müqaviməti artırmaq üçün hava cəlbedici AntiAir 250 və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla;
  • yüksək temperaturun və güclü hava axınının olduğu yerlərdə betonun daxilindəki qarışıq suyunun buxarlanmasının qarşısını almaq və betonun dözümlülüyünü artırmaq üçün MA Kür 100, MA Kür 200 MA Kür 300 və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli nəm saxlayan kür məhsullarından müvafiq olanı ilə istifadə oluna bilər;
  • tikinti aparılan sahədə betonun qatılığını artırmaq üçün FLOTON MOD N beton qatqısı ilə və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla.

Texniki göstəricilər

Maddənin quruluşu

naftalin sulfonat əsaslı

Rəngi

qəhvəyi

Sıxlığı

1,16-1,19 kq/ litr

Tərkibindəki xlorun miqdarı (EN 480-10)

<0.1%

Tərkibindəki qələvinin miqdarı (EN 480-12)

<10,0%

Qablaşdırma

10 kq-lıq bidon (kanistr), 200 kq-lıq çəllək, 1000 kq-lıq fıçı, xüsusi çənlər olan maşınlar

+200C temperaturda, 50% rütubətlilik şərtləri altında əldə olunmuşdur.

Sərfiyyat

FLOTON 2118 sement kütləsinin 1,0-2,0 %-i miqdarında əlavə olunması tövsiyə olunur. Betonun növündən və xüsusiyyətindən asılı olaraq qatqının miqdarı əvvəlcədən aparılan laboratoriya tədqiqatları ilə müəyyən olunmalıdır.

Saxlama müddəti və qaydası

Orijinal qablaşdırılmış FLOTON 2118 mühit temperaturunun +50C-dən çox olduğu yerlərdə saxlanılmalıdır. Müvafiq şəraitdə saxlanılmayan maddə donduğu təqdirdə birbaşa sudan istifadə edilmədən otaq temperaturunda saxlayaraq maddə əriməli, eynicinsli vəziyyətə çatana qədər mexaniki üsullarla qarışdırılmalıdır. Qarışdırma mərhələsində təzyiqli havadan istifadə olunmamalıdır.

Müvafiq saxlama şərtlərinə uyğun olaraq istehsal tarixindən etibarən 12 ay saxlanıla bilər. Açılmış qabların qapaqları bağlanaraq saxlama müddəti ərzində istifadə edilə bilər.

Xəbərdarlıqlar

  • məhsuldan istifadə zamanı işin və işçinin təhlükəsizlik qaydalarına riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • maddənin allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməməsinə diqqət edin, dəriyə və gözə təmas olarsa, dərhal güclü su şırnağı altında sabunla yuyun;
  • əgər maddənin udulması halı baş verərsə, dərhal həkimə müraciət edin;
  • məhsulun istifadə edildiyi yerlərə ərzaq məhsulları qoymayın;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • laboratoriya tədqiqatları nəticəsində müəyyən olunmuş mineral yapışdırıcılarla (sement, kvars qumu, vulkan külü, şlak) incə və kobud (qaba) beton doldurucusunu eynicinsli quru bir qarışıq əldə olunana qədər qarışdırın. Quru qarışığa su əlavə olunmadan qatqı əlavə olunduğu halda qarışığın içində sorulacaq və bərabər paylanma əldə edilməyəcək. Suyun qalan hissəsi bunun üzərinə əlavə olunsa da, istənilən beton növü və onun xüsusiyyətləri əldə olunmayacaqdır. Qarışığa daha çox həcmdə su tələb olunsa da betonun dizaynı üçün nəzərdə tutulmuş əmsallardan kənara çıxılacaq və betonun mexaniki xüsusiyyətləri tələb olunan əmsaldan aşağı olacaqdır. Bu səbəbdən də beton qatqıları quru qarışığın üzərinə birbaşa əlavə olunmamalıdır;
  • qarışığın içindəki qatqı miqdarı qarışıqdakı sement və ikinci dərəcəli mineral yapışdırıcıların (kvars qumu, vulkan külü, şlak) cəminin qatqı maddəsinin miqdarına vurulması ilə hesablanır;
  • tövsiyə olunan istifadə miqdarı intervalından daha artıq məhsuldan istifadə olunduğu təqdirdə qarışığın bərkimə (sərtləşmə) müddətləri uzana bilər. Belə hallarda qəlib alma müddətində dəmir-beton konstruksiyaların sərtləşdirilməsi təmin olunmalıdır.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




"BEMATON" 3055 QƏLİBİN İÇİNDƏ BETONUN ƏLA YAYILMASINI TƏMİN EDƏN BETON QATQISI

"BEMATON" 3060 YÜKSƏK MÜQAVİMƏTLİ BETON İSTEHSALINDA İSTİFADƏ OLUNAN BETON QATQISI

"BEMATON" ZES 3035 SIFIR ENERJİ SİSTEMİ İLƏ İŞLƏYƏN, YÜKSƏK MİQDARDA SUAZALDICI

"FLOTON" 2100 K SOYUQ HAVA ŞƏRAİTİNDƏ İSTİFADƏ OLUNAN BETON QATQISI

"FLOTON" 2105 R İSTİ HAVA ŞƏRAİTİNDƏ İSTİFADƏ OLUNAN BETON QATQISI

"FLOTON" 2161 SOYUQ HAVA ŞƏRAİTİNDƏ İSTİFADƏ OLUNAN BETON QATQISI

"FLOTON" 2166 T VAXTINDAN ƏVVƏL QƏLİB ALINMASI LAZIM OLAN YERLƏRDƏ İSTİFADƏ OLUNAN BETON QATQISI

"FLOTON" PS 2025 İSTEHSALIN MƏHSULDARLIĞINI ARTIRAN BETON QATQISI

"FLOTON" MOD N TİKİNTİ YERİNDƏ İSTƏNİLƏN HAVA ŞƏRAİTİNDƏ BETONUN QATILIĞINI

"FLOMEL" S 100 SUPER PLASTİFİKATORLARIN MƏHLUL ŞƏKLİNDƏ DAŞINMASININ ÇƏTİNLİK YARANDIĞI YERLƏRDƏ İSTİFADƏ OLUNAN BETON QATQISI

"OKETON" 1260 CN SOYUQ HAVA ŞƏRAİTİNDƏ İSTİFADƏ OLUNAN BETON QATQISI

"OKETON" 1250 ANTİFRİZ ŞAXTALI HAVA ŞƏRAİTİNDƏ İSTİFADƏ OLUNAN BETON QATQISI

"OKETON" MOD 1223 K SOYUQ HAVA ŞƏRAİTİNDƏ İSTİFADƏ OLUNAN BETON QATQISI

"OKETON" MOD 1223 S İSTİ HAVA ŞƏRAİTİNDƏ İSTİFADƏ OLUNAN BETON QATQISI

"AntiAir" 250 BETONA LAZIMI QƏDƏR HAVA CƏLB ETMƏK ÜÇÜN İSTİFADƏ OLUNAN BETON QATQISI