ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
DÖŞƏMƏ SİSTEMLƏRİ SEMENT ƏSASLI SƏTH SƏTHLƏŞDİRİCİLƏRİ
SEMENT ƏSASLI SƏTH SƏTHLƏŞDİRİCİLƏRİ
EPOKSİD VƏ POLİÜRETAN ƏSASLI DÖŞƏMƏ ÖRTÜKLƏRİ
ÖZÜ YAYILAN ŞAP MƏHSULLARI

"STALTOP" 600 METAL QATQILI, SEMENT ƏSASLI BETON SƏTH SƏRTLƏŞDİRİCİSİ

Məhsul haqqında

Sement əsaslı, metal qatqılı, məhsulun keyfiyyətini və istifadə imkanlarını artıran modifikasiyalı polimerləri özündə əks etdirən, ağır çəkili maşınların, müxtəlif avadanlıq və cihaz daşıyan yük maşınlarının hərəkət edəcəyi sahələrdə yerin səthinə yenicə yayılmış betonun üzərinə toz halında səpilən, istifadəyə hazır beton səth sərtləşdiricisidir.

AZS 039-2000 (TS 11140-1993), QOST 10181-76, QOST 28013-98 standartlarına uyğundur.

İstifadə sahələri

Bu səth sərtləşdiricisindən:

  • daxili və xarici məkanlarda, üfüqi səthlərdə;
  • yüksək aşınma və zərbələrə məruz qalan yerlərdə;
  • anqar və mexanika emalatxanalarında;
  • qaraj və maşın dayanacaqlarında;
  • beton yollarda;
  • anbarlarda;
  • yükləmə və boşaltma sahələrində;
  • dəmir-polad avadanlıqların saxlandığı yerlərdə;
  • sənaye müəssiələrinin döşəmələrində istifadə olunur.

Üstünlükləri

  • yenicə yayılmış döşəmə betonu üzərinə asanlıqla səpilir;
  • tərkibindəki modifikasiya olunmuş polimerlər və xüsusi ölçülü metallar sayəsində səpildiyi döşəmə betonunda zərbələrə və aşınmalara dözümlü bir təbəqə əmələ gətirir;
  • mineral yağlara və yanacaqlara qarşı dözümlüdür.

İstifadə qaydaları

Səthin hazırlanması. Köhnə betonun üzərinə yeni beton tökməzdən ən azı bir gün əvvəl köhnə beton səthi su ilə yaxşıca doyuzdurulmalı, lakin üzərində su qalmamalıdır. STALTOP 600 yalnız yeni tökülmüş beton üzərinə səpilir. İstifadədən əvvəl alt mayaklar kvadrat şəklində bölünür, çat kontrol aralıqları müəyyən edilir və betonun tökülməsi bu qaydalara uyğun həyata keçirilir. Tökülmüş şap betonda yarana biləcək qabarma və çatların qarışısını almaq məqsədilə beton töküldükdən sonra nəzərdə tutulan kvadratlar boyu təxminən 1 sm qalınlığında aralıqlar kəsilməli və həmin aralıqlara penoplast lövhələr salınmalıdır. Tətbiqdən sonra penoplast lövhələr çıxarılmalı və boşluqlar beton üçün nəzərdə tutulan elastiki aralıq doldurma qarışığı Fugaton və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla doldurulmalıdır. Bu şapın çat vermədən sərbəst genişlənməsinə imkan verəcəkdir.

Şap betonun kənarlarının düzgün çıxması üçün alt mayakların qəlibləri hər istifadədən əvvəl təmizlənməli və MAOil 100 qəlib yağı ilə yağlanmalıdır. Şap betonu tökülərkən istifadə olunan alt mayak qəlibləri şapla eyni yüksəklikdə olmalıdır. Alt mayakların arasında keçid dəmirlərindən istifadə olunması şap betonunun daima hərəkətdə olmasının qarşısını aldığından istifadə olunan elastiki aralıq doldurma qarışığının üzərinə ağırlıq düşməyəcək və bu da aralıq doldurma qarışığının istifadə müddətini uzadacaqdır.

Konstruksiya. Dəmir konstruksiya alt mayakların hüdudlarından kənara çıxmamalıdır. Konstruksiya hazır armaturlarla toxunduqda armaturlar bir-birinin üzərinə qoyularaq döşənməlidir. Ağır yüklərin təsirindən beton döşəmədə meydana gələ biləcək çatlara nəzarət edilməsi üçün çat nəzarət aralıqları təşkil olunmalıdır. Bu aralıqlardakı hərəkətlərin üfüqi və istənilən yöndə olması üçün aralıq konstruksiya alt mayaklardan kənara çıxmamalı və bu konstruksiya alt mayakların dəmirlərinə bağlanmalıdır.

Astar. Monolit şap istifadə edilərkən köhnə və yeni beton arasında yapışma müqavimətini artırmaq üçün beton tökülməzdən əvvəl nahamar vəziyyətə gətirilmiş köhnə beton səthində epoksid (qatran) əsaslı yapışdırıcıdan və ya yapışma müqavimətini artıran astardan istifadə olunmalıdır.

Betonun tökülməsi. İlk növbədə alt mayaklara görə qəliblər yerləşdirilir. Betonun tökülməsinə keçməzdən əvvəl müəyyən olunmuş sayda STALTOP 500 torbaları alt mayakların kənarlarına düzülür. İstifadə olunan şap betonun qalınlığı 7 sm-dən çox, su sement nisbəti 0,45-dən yuxarı və betonun markası ən azı S 25 olmalıdır. Alt mayaklar arasına beton tökülərkən vibrasiyalı mastardan istifadə olunmaqla beton sıxlaşdırılmalıdır. Betonun səthinə su çıxmazdan əvvəl mastar və ya taxta maladan istifadə etməklə lazımi düzəlişlər edilməli, betonun səthinə çıxan su uzun taxta mastarla təmizlənməlidir.

Üzərində STALTOP 600 istifadə olunacaq beton və ya şapın dizaynı həmin ərazidəki yüklərin və torpağın şəraiti nəzərə alınmaqla hazırlanmalıdır. Səth sərtləşdiricisi istifadə olunduğu betonun üst hissəsində aşınma və zərbəyə dözümlülüyü artırır, lakin betonun təzyiq və əyilməyə qarşı olan dözümlülüyünə heç bir təsir göstərmir. Buna görə də Şap betonun üzərində yarana biləcək çatlara səbəb olan hər hansı xətalara yol verilərsə, eyni problemlər beton səth sərtləşdiricisi üzərində də baş verəcəkdir.

Prosesin həyata keçirildilyi sahədə lazımi miqdarda beton səth sərtləşdiricisi istifadə olunmalıdır.

Beton səth sərtləşdiricisi səpilməzdən əvvəl alt mayakların kənarları aralıqlar boyunca təxminən 5x5 mm ölçüsündə üçbucaq şəklində mala ilə kəsilir. Kəsilmiş betonun yerinə STALTOP 500 çox az miqdarda su ilə məhlul halına gətirilərək mala ilə həmin yerə çəkilir. Bu aralıq kənarların yük altında qırılmasının qarşısını alır. Beton səth sərtləşdiricisinin tərkibindəki qatqı maddələrinin bir-birindən ayrılmaması üçün istifadə zamanı məhsul çox yaxın səpilməlidir. Səpmə işləri mühit və hava şəraitindən asılı olaraq dəyişə bilər.

Əgər betonun üzərinə çıxdıqda 0,5-1,0 sm dərinliyində ayaq izi qalacaq qədər bərkimə mövcud olarsa onda səpmə işlərinə başlamaq olar.

Məhsul alt mayaklar üzərinə hissələrlə tökülməməli, mümkün qədər səthə bərabər miqdarda səpilməli və hamarlayıcı alətlə düzəldilməlidir.

Əgər məhsul mayakın üzərinə hissələrlə tökülüb hamarlayıcı alətlə yayılarsa, ilk növbədə tökülən yerdəki artıq məhsul səthdən təmizlənməlidir.

İlk mərhələdə sərf olunacaq məhsulun 2/3 hissəsi beton üzərinə səpilməli, hamarlayıcı alətlə yayılmalı və ya makinadan istifadə olunmalıdır.

Yayılan məhsul betonun suyunu çəkərək rəngini dəyişdirdikdən sonra beton səth sərtləşdiricisi helikopter (xüsusi avadanlıq) cihazı vasitəsilə lazımi qədər cilalanaraq betonla birləşməsinə kömək edilməlidir. Daha sonra məhsulun qalan hissəsi birinci mərhələdə olduğu kimi beton üzərinə səpilməli və eyni işlər təkrarlanmalıdır.

Helikopter cihazı ilə hamarlama işləri görülərkən betonun üzərinə əvvəlcədən tökülmüş məhsulun artıq (daşan) hissəsi fırça ilə təmizlənməlidir.

Birinci mərhələ hamarlamadan sonra ikinci mərhələ incə hamarlamaya keçirilir. İncə hamarlama helikopterin bıçaqları vasitəsi ilə həyata keçirilir. Bıçaqla hamarlama arzuolunan parlaqlıq əldə edilənə qədər davam etdirilir. Sərtləşdiricinin çəkilməsindən sonra gözlə görünməyən xırda çatların qarşısını almaq məqsədi ilə səthə nəm saxlayan MA Kür məhsulu və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsul çəkilməlidir. Bununla da STALTOP 600 -ün maksimum şəkildə fayda verməsi təmin edilmiş olur. MA Kür məhsulundan həm yayda, həm də qışda istifadə olunmalıdır.

Sərtləşdiricinin çəkilmə müddəti istifadə olunan betonun keyfiyyət və növündən, mövcud hava və mühitin şəraitindən asılı olaraq dəyişə bilər. İsti havada bu müddət azala, soyuq havada isə uzana bilər. İstifadə zamanı betonun quruma mərhələlərinə diqqət yetirilməlıdir.

Tövsiyələr. STALTOP 600 istifadə olunarkən mühitin və torpağın temperaturu +50C-dən aşağı və +300C-dən yuxarı olmamalıdır. Səth sərtləşdirmə prosesi peşəkar işçilər tərəfindən həyata keçirilməlidir. Beton səth sərtləşdiricisi sadəcə istifadə olunduğu səthin aşınma və zərbəyə qarşı dözümlülüyünü artırır, lakin onun mexaniki dözümlülüyünə heç bir təsir göstərmir. Buna görə də üzərinə səth sərtləşdiricisi çəkiləcək beton ona təsir edə biləcək yüklər nəzərə alınmaqla hazırlanmalıdır. STALTOP 600-ün istifadə olunduğu şapların qalınlığı 7 sm-dən çox, su-sement nisbəti 0,45-dən yuxarı və betonun markası ən azı S 25 olmalıdır. İstifadədən sonra bütün alət və avadanlıqlar su ilə təmizlənməlidir. STALTOP 600 sərtləşdikdə yalnız mexaniki yolla səthdən təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi

qırmızı, boz, yaşıl

Məhsulun tərkibi

modifikasiyalı polimer, sement əsaslı, metal tərkibli və qatqı maddələrindən ibarət quru qarışıq

Sixılmada möhkəmlilik həddi:

  • 1 gündən sonra
  • 28 gündən sonra

 

42 N/mm2

85 N/mm2

Aşınmaya dözümlülüyü:

  • Böhmə metodu ilə

 

 

2,5-3,0 qr/sm3/50 mm2

(71x71x71mm ölçülü kub şəkilli nümunə üzrə)

Elastiklik modulu (28 gün)

28 N/mm2

Qablaşdırma

2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 25 kq-lıq kisələrdə

Sərfiyyat

İstifadə olunarkən qarşıya qoyulan məqsəd və nəqliyyatın yükündən asılı olaraq sərfiyyat aşağıdakı kimi dəyişilir:

  • yüngül və orta yüklər 4,0-6,0 kq/m2
  • orta və ağır yüklər 6,0-7,5 kq/ m2
  • ağır yüklər 7,5-9,0 kq/m2
  • çox ağır yüklər 9,0-10,0 kq/m2
  • açıq rəng seçildiyi halda 7,0 kq/m2 -dən az istifadə olunmamalıdır.

Saxlama müddəti və qaydası

Açılmamış kisələrdə quru şəraitdə 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • STALTOP 600- ün mürəkkəb tərkibli qarışıq olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • istifadə qaydalarında qeyd edilməyən heç bir maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




STALTOP® 500 KVARS QUMLU, SEMENT ƏSASLI BETON SƏTH SƏRTLƏŞDİRİCİSİ

"STALTOP" 700 KORUND QATQILI, SEMENT ƏSASLI BETON SƏTH SƏRTLƏŞDİRİCİSİ