ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
İNŞAAT SİSTEMLƏRİ ASTARLAR
KERAMİKA YAPIŞDIRICILARI
ARALIQ DOLDURMA QARIŞIQLARI
TƏMİR VƏ ANKRAJ QARIŞIQLARI
HİDROİZOLYASİYA QARIŞIQLARI
İSTİLİK İZOLYASİYA MƏHSULLARI
GİPS ƏSASLI MƏHSULLAR
SEMENT ƏSASLI SUVAQ MƏHSULLARI
ƏHƏNGDAŞI ƏSASLI MƏHSULLAR
ƏHƏNG MƏHSULLARI
PVA YAPIŞQAN MƏHSULLARI
BOYA MƏHSULLARI
MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ
ASTARLAR
SƏTH QORUMA VƏ SƏTH TƏMİZLƏMƏ MADDƏLƏRİ

"PARAKONTAKT" HAMAR BETON SƏTHLƏRİNİ NAHAMARLAYAN

Qəlibdən çıxan beton səthlə suvaq arasında ikitərəfli bağlayıcılıq yaradan məhlul

Məhsul haqqında

Modifikasiyalı polimerləşdirilmiş, qatran əsaslı, hamar beton səthlərdə, divarlarda və tavanlarda sement və xüsusi ilə gips əsaslı suvağın (sıva) səthlərə yapışma müqavimətini və dözümlülüyünü artıran astardır.

İstifadə sahələri

Bu məhsuldan:

  • daxili məkanlarda, şaquli səthlərdə və tavanlarda;
  • alçı, kirəc və sement əsaslı suvaqların hamar səthlərinin yapışma müqavimətini artırmaq üçün ikitərəfli kontakt yaradan astar mayesi kimi istifadə olunur.
  • daxili məkanlarda, şaquli və üfüqi səthlərdə;
  • beton tavanlarda;
  • şüşə səthlərdə;
  • alçipan və lambir vurulmuş səthlərdə;
  • gips, kirəc və sement əsaslı suvaqların hamar səthlərinin yapışma müqavimətini artırmaq üçün ikitərəfli bağlayıcılıq yaradan astar kimi istifadə olunur.

Üstünlükləri

  • istifadəsi asandır;
  • sement və xüsusilə alçı əsaslı suvaqların qəlibdən çıxan beton səthlərə yapışma müqavimətini artırır;
  • tərkibində həlledici yoxdur;
  • sement və xüsusilə alçı əsaslı suvaqların suyunu tez itirməsinin qarşısını alır;
  • suvaqların istifadə müddətini artırır;
  • tavanı suvamaq üçün balta ilə çərtməyə ehtiyac yoxdur.

İsitfadə qaydaları

Səthin hazırlanması. İstifadə olunan səthlərin sağlam, quru, dözümlü, tozsuz, təmiz və ölçülərin düzgün olmasına diqqət yetirilməlidir. Səth yapışma müqavimətini zəiflədən bütün növ yağ, pas və parafin qalıqlarından tamamilə təmizlənməli və xırda qırıntılar qalmamalıdır.

Qarışığın hazırlanması. 10 kq-lıq PARAKONTAKT məhsulunu xüsusi vedrə içərisinə tökün və onun üzərinə məhsulun kütləsinin 1%-i qədər su əlavə edin. Bircinsli məhlul əldə edilənədək 400-600 dövr/dəqiqəlik bir qarışdırıcı ilə 3-5 dəqiqə qarışdırın.

Tətbiqi. Qarışdırılmış və istifadəyə hazır hala gətirilmiş məhsulu vərdənə ilə əvvəlcədən hazırlanmış səthə çəkin. PARAKONTAKT çəkildiyi səthin suyunu sürətlə özünə çəkdiyindən istifadədən əvvəl səthin suyu özünə çəkmə qabiliyyəti yoxlanılmalıdır. PARAKONTAKT çəkilmiş səthlərə sement və xüsusilə alçı əsaslı suvaqların vurulmasına məhsulun qurumasından 24 saat sonra başlamaq olar.

Tövsiyələr. PARAKONTAKT məhsulunun istifadə olunduğu səthin tempraturu +50C-dən aşağı və ya +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. Xarici səthlərdə istifadə olunmamalıdır. Həm istifadə müddətində, həm də sonra astarın təmiz saxlanılması vacibdir. PARAKONTAKT rütubət nisbətinin yüksək olduğu mühitlər üçün münasib deyildir (məsələn: hamam, sauna, üzgüçülük hovuzları və s.). İstifadə zamanı məhsul müntəzəm olaraq qarışdırılmalıdır.

Texniki göstəricilər

Rəngi

qəhvəyi

Aqreqat halı

qatı maye

İstifadə temperaturu

+50C ÷+300C

İstifadə müddəti

60 - 120 dəqiqə

Məhsulun həcm kütləsi

1,50 kq/ litr

Su qatılmış qarışığın həcm kütləsi

1,40 kq/ litr

Səthə çəkilmə qalınlığı:

  • minimum
  • maksimum

 

0,20 mm

0,40 mm

Quruma müddəti

24 saat

Qablaşdırma

10 və 20 kq-lıq plastik vedrələrdə

Sərfiyyat

Səthin suyu özünə çəkmə qabiliyyətindən və hamarlığından asılı olaraq PARAKONTAKT-ın sərfiyyatı 150-250 qr/m2-dir. Su qatılmış məhsulun sərfiyyatı 210-375 qr/m2 - dir.

Saxlama müddəti və qaydası

Açılmamış orijinal qablaşdırmada, sərin və quru şəraitdə, donmadan qorunaraq saxlanılmalıdır. Qısa müddət ərzində saxlanıldıqda istifadə zamanı əvvəlcə ən alta qoyulan məhsul götürülmək şərti ilə ən çoxu 3 taxta altlıq üst-üstə qoyula bilər. Anbarlarda normal saxlanma şəraitinə əməl edilərsə, istehsal tarixindən başlayaraq 12 ay müddətində saxlanıla bilər. Ağzı açılmış qablardakı məhsul bir həftə ərzində istifadə olunmalıdır.

Xəbərdarlıqlar

  • PARAKONTAKT məhsulu gözə və ya dəriyə düşərsə, dərhal su ilə yuyun;
  • ağıza düşərsə, həkimə müraciət edin;
  • istifadə zamanı xüsusi paltar, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • ərzaq məhsullarından və uşaqlardan uzaq saxlayın;
  • 00C-dən aşağı temperaturda saxlamayın.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




"BİNMADER" 100 BİNDER ASTAR

"BİNMADER" 200 BİNDER ASTAR