ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
İNŞAAT SİSTEMLƏRİ BOYA MƏHSULLARI
KERAMİKA YAPIŞDIRICILARI
ARALIQ DOLDURMA QARIŞIQLARI
TƏMİR VƏ ANKRAJ QARIŞIQLARI
HİDROİZOLYASİYA QARIŞIQLARI
İSTİLİK İZOLYASİYA MƏHSULLARI
GİPS ƏSASLI MƏHSULLAR
SEMENT ƏSASLI SUVAQ MƏHSULLARI
ƏHƏNGDAŞI ƏSASLI MƏHSULLAR
ƏHƏNG MƏHSULLARI
PVA YAPIŞQAN MƏHSULLARI
BOYA MƏHSULLARI
MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ
ASTARLAR
SƏTH QORUMA VƏ SƏTH TƏMİZLƏMƏ MADDƏLƏRİ

"F-pas" FASAD MƏCUNU

Məhsul haqqında

Akrilik sopolimer əsaslı, daxili və xarici divarlarda istifadə olunan fasad məcunudur.

İstifadə sahələri

Bu fasad pastasından:

  • binaların daxilində və fasadlarında beton, suvaq, döşəmə suvağı və s. bu kimi səthlərin düzəldilməsində;
  • səthdəki çatların doldurulmasında istifadə olunur.

Üstünlükləri

  • üstündən çəkiləcək boya üçün möhkəm əsas əmələ gətirir və boyaya qənaət etməyə imkan verir;
  • xarici təsirlərə qarşı davamlı, ətraf mühitə ziyan verməyən, qoxusuz, asanlıqla tətbiq oluna bilən, istifadəyə hazır məcundur;
  • binaların daxilində və fasadında divar səthlərinə rahat və asanlıqla tətbiq olunur.

İstifadə qaydaları

Səthin hazırlanması. İstifadə olunacaq səth möhkəm, quru və təmiz olmalıdır. Səth yapışmağa mane olan qalıqlardan təmizlənməli, səthin yoxlanılmış və möhkəm olmasına diqqət edilməlidir. İstifadə etməmişdən əvvəl səth nəmləndirilməli və ya daha yaxşı nəticə əldə etmək üçün Binmader astar və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlanmalıdır.

Qarışığın hazırlanması: ROKOL F-Pas fasad məcunu aşağı dövriyyəli qarışdırıcı ilə qarışdırılmalıdır. Ehtiyac yaranarsa su ilə qatılığı nizamlanır. ROKOL F-Pas fasad məcunu yalnız püskürtmə aparatı ilə vurulduqda su ilə durulaşdırılmalıdır.

Tətbiqi. Məhsul istifadəyə hazır şəkildə istehsal edilir. Mala, şpatel kimi pasta çəkmə alətləri və ya püskürtmə aparatı ilə səthə çəkilir. Qatlar arsında 3-4 saat gözləməklə, istənilən səth düzgünlüyü əldə etmək üçün 2-3 qat olmaqla tətbiq oluna bilər. Tətbiq zamanı səthin temperaturu +5°C-dən az olmamalıdır.

Tövsiyələr. F-Pas fasad pastasının istifadə olunduğu səthin temperaturu +50C÷+300C olmalıdır. Xarici məkanlarda istifadə olunduğu halda səth 24 saat günəşdən, yağışdan, küləkdən və donmadan qorunmalıdır.

Binanın fasadında rast gəlinən dərin çuxur və çatların doldurulması üçün 1 kq F-Pas fasad pastasına 250 qram ağ sement və təxminən 100 qram su əlavə edib, yaxşı–yaxşı qarışdırıldıqdan sonra səthə çəkilməsi tövsıyə olunur. Bu da öz növbəsində daha möhkəm əsas əldə etməyə şərait yaradır.

Texniki göstəricilər

Rəngi

İstifadə temperaturu

+50 C÷+300 C

İstifadə müddəti

2 saat

Quruma müddəti

3-5 saat

Qablaşdırma

10 və 25 kq-lıq plastik vedrələrdə

Sərfiyyat

Səthin hopma qabiliyyətindən asılı olaraq 1 kq F-Pas fasad məcunu 0,8-1,2 m² səthə tətbiq oluna bilər.

Saxlama müddəti və qaydası

Açılmamış qablarda quru şəraitdə 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • F-Pas fasad pastasının mürəkkəb tərkibli qarışıq olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • istifadə qaydalarında qeyd edilməyən heç bir maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C ±20C temperatur və 50% ±5% rütubətli şərait üçün nəzərdə tutulmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




"ROKOL" SİNTETİK PARLAQ BOYA

"ROKOL" SİNTETİK MAT BOYA

"ROKOL" SİNTETİK ANTİPAS BOYA

"ROKOL" ALÜMİNİUM BOYA

"ROKOL" YOL CİZGİ BOYASI

"ROKOL" SİNTETİK LÜKS PARLAQ BOYA

"ROKOL" SİNTETİK SUPER MAT BOYA

"ROKOL" PARKE CAM CİLA

"ROKOL" YAT VERNİK (yaxta lakı)

"ROKOL" SİNTETİK TİNER

"ROKOL" PLUS

"ROKOL" SİL

"ROKOL" PLASTİK BOYA

"ROKOL" AKRİLİK DIŞ CEBHE BOYASI

"ROKOL" TEXTURE BOYA

"ROKOL" SUTUT

"ROKOL" SİLİKON BOYA

"UniAstar" QORUYUCU FASAD ASTARI

"ROKOL" SELLÜLOZİK DOLĞU VERNİK

"ROKOL" SELLÜLOZİK TİNER

"İzoFaslastik" QORUYUCU FASAD BOYASI

ROKOL SELLÜLOZİK PARLAQ VERNİK